26 sentyabr 2014 16:45
Elmar Baxşiyev: Qarabağ Neftçiyə qarşı əsas heyətlə oynasa...
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, turun mərkəzi oyunudu. Əgər "Qarabağ" əsas heyətlə oynasa, üstünlük Ağdam klubunun tərəfində llacaq. Onlar öz oyunçularını Avroliqa matçı üçün qoruyacağı halda isə, "Neftçi" rəqibinə problem yarada bilər. Mənə elə gəlir ki, bütün güclü futbolçular meydanda olsa, bizi çox maraqlı oyun gözləyəcək".
