Georgi Çixradze: Vəziyyəti düzəldəcəyik
"Simurq"un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
- Komandanız "Sumqayıt"la oyuna necə hazırlaşır?
- Futbolda hər şey olur. Son üç oyunda uduzsaq da, növbəti oyuna normal hazırlaşırıq. Futbolçularla söhbət etmişəm. Onlar da vəziyyəti düzəltməyi çox istəyirlər.
- İkinci pillədə gedən rəqibdən çəkinmirsiz?
- Onlar mövsümə yaxşı start veriblər. Amma mən rəqiblərimizi bölmək istəmirəm. Mənim üçün bütün rəqiblər eynidi. Əsas bizim hazırlığımız, necə oynamağımızdı.
- Komandanız "Sumqayıt"a qalib gələcək gücdədi?
- Belə deməzdim. Amma biz qələbə qazanmaq üçün hazırlaşırıq.
- Klub prezidenti Anar Bəkirov son müsahibəsində nəticələrdən narazı olduğunu açıqlayıb. Buna münasibətiniz necədi?
- Komanda ardıcıl üç oyun uduzanda, rəhbərlik təbii ki, razı qalmayacaq. Əgər uğursuz seriya varsa, indi onu düzəltməyə çalışmalıyıq. Məşqçilər korpusu da hər şeyi yaxşı başa düşür. Klub prezidentinin açıqlamasını da anlayışla başa düşürük.
- Uğursuz seriya davam etsə, "Simurq"u tərk etmək məcburiyyətində qala bilərsiz...
- Mən bu barədə düşünmürəm. Hər şeyin o dərəcədə pis olacağını da düşünmürəm. Futbolda hər şey çox sürətlə dəyişir. Fikrimcə, hər şeyi düzəldə biləcəyik.
