26 sentyabr 2014 15:25
XL Nəzirova yenidən təklif göndərir
"Xəzər Lənkəran" yeni qapıçı ilə güclənmək istəyir. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycan yığmasının qolkiperi Anar Nəzirovu sıralarına qatmaqda israrlıdı.
Yay fasiləsi zamanı "Qəbələ" və qapıçının özü ilə razılığa gələ bilməyən cənublular sonra Cahangir Həsənzadə ilə kifayətlənmişdilər. Lakin təcrübəli qapıçının çıxışı "ağ-yaşıllar"ı razı salmadığından, onlar Nəzirovu almaq üçün yenidən fəaliyyətə keçiblər.
