Antonio Konte: Ümid edirəm ki, Azərbaycanla oyunda Norveçlə görüşdəkindən pis çıxış etmərik
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəkləri Azərbaycan və Malta matçı ilə bağlı fkirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin oyunlarda qalib gəlmək istədiklərini deyib:
"Görüləsi çox işimiz var. Qarşıda Azərbaycan və Malta ilə oyunlarımız var. Hesab edirəm ki, Avropa çempionatının qalibi olub-olmayacağımızla bağlı düşünməkdən əvvəl seçmə mərhələ oyunlarına köklənməliyik. Çalışıb, qarşıdakı oyunlarda qalib gəlməliyik. Vacib məsələ odu ki, dünya çempionatındakı uğursuzluşu unutdurub, yeni ab-hava gətirməliyik. Oyunçularla tez-tez əlaqə saxlayıram. Onlar gənc və enerjilidlər. Norveçlə oyunda pis təsir bağışlamadılar. Ümid edirəm ki, Azərbaycanla oyunda da elə çıxış edəcəklər".
