26 sentyabr 2014 13:20

Ruslan Abışov: Qarabağ, Neftçi, İnter bizim üçün keçilməz rəqib deyil

Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- Növbəti turda qarşılaşacağınız XL ilə oyun haqda nə deyə bilərsiz?
- Ardıcıl ikinci ev oyunumuzdu. Hər ikisində də sabiq klubuna qarşı oynayıram. "Neftçi"ni məğlub edə bilmədik. Ona görə bu oyunda 3 xal qazanmalıyıq. Asan olmayacaq. Rəqib komanda da turnir vəziyyətini yaxşılaşdırmağa çalışır. Bu mövsüm heyətə yaxşı yerli oyunçular qatıblar. Amma biz də öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq.

- Amma "Qəbələ" hələ gözlənilən oyunu göstərə bilmir...
- Bu "Qəbələ"ni ötən mövsümkü ilə müqayisə etməyək. Çünki bu komanda yeni formalaşıb. Fikrimcə, bu heyətlə də yaxşı oyun göstərəcəyik.

- "Neftçi", "Qarabağ" və "İnter" kimi rəqibləri qabaqlaya, ilk üçlüyə düşə biləcəksiz?
- Bu komandalar "Qəbələ" üçün keçilməz deyil. Əlbəttə, ustalıq vacibdi. Amma futbolda istək də vacibdi. Bu keyfiyyətlər bizdə kifayət qədər yüksəkdi.

- AÇ-2020-nin Azərbaycana da verilməsini eşidəndə nə düşündüz?
- Futbolumuz üçün sevincli bir xəbərdi. Azərbaycanlı bir futbolçu kimi buna ancaq sevinə bilərəm. Əminəm ki, ölkəmiz digər 12 dövlətlə müqayisədə AÇ oyunlarını heç də pis təşkil etməyəcək.

- Həmin il 32 yaşınız olacaq...
- (gülür) Elədi. Şübhəsiz ki, mən də həmin AÇ-də oynamaq istərdim. Amma bunun üçün yaxşı çıxış etməyimiz, qitə birinciliyinə vəsiqə qazanmağımız lazımdı. Hələ o vaxta 6 il qalır və bu zaman kəsiyində çox şey dəyişə bilər.

- AÇ-2016-nın seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra artıq AÇ-yə vəsiqə qazanmaq şanslarımızın danışmağın yeri yoxdu?
- Bolqarıstan və Norveç bizim əsas rəqiblərimizdi. Onlardan birinə uduzduq. Gözlənilməz oldu. Hətta indi də heç kim bu oyunu xatırlamaq istəmir. Amma gələcəyə baxmalıyıq.

- İtaliya və Xorvatiya ilə oyunlarda da şanslarımız yüksək qiymətləndirilmir...
- İlk oyunda xal və ya xallar qazanmağa borclu idik. Amma artıq xal itkisi ilə üzləşmişik və bunu qarşıdakı oyunlarda kompensasiya etməyə çalışmalıyıq. Hazırlaşmaq lazımdı.

- "Rubin"in çıxışını izləyirsiz?
- Əlbəttə. Bütün oyunlarına baxıram. Axı mənim komandamdı. Hərdən komanda yoldaşlarımla da zəngləşirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.