26 sentyabr 2014 12:40
Qurban Qurbanov: İndi bütün fikrim Neftçi ilə oyuna yönəlib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kənardan elə görünə bilər ki, mən Avropa Liqasında qarşılaşacağımız "İnter"lə oyunu düşünürəm. Amma mənim bütün fikrim hazırda "Neftçi" ilə oyuna yönəlib. Premyer Liqa oyunundan sonra milanlılarla görüş haqda düşünmək üçün kifayət qədər vaxtımız olacaq. Ona görə "Neftçi" ilə oyuna ən yaxşı hazır olan futbolçuları çıxaracam. Çünki paytaxt derbisində kimin nə dərəcədə hazır olduğunu görməliyəm ki, "İnter"lə qarşılaşmaya da həmin fonda hazırlaşaq".
