26 sentyabr 2014 11:45
Muntyanu: Neftçi ilə oyunda itirilən xalları XL ilə matçda kompensasiya etməliyik
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq adi qaydada davam edir. Rəqibi tanıyırıq. XL yaxşı komandadı, yaxşı futbolçulardan təşkil olunub. Bu komanda qarşısına həmişə yüksək hədəflər qoyur. Ciddi hazırlaşırıq. Evdə oynadığımıza görə, maksimum nəticəyə çalışacağıq. "Neftçi" ilə oyunda itirilən xalları kompensasiya etməliyik. Komandam bu oyuna yaxşı köklənib və qələbəyə oynayacaq".
