26 sentyabr 2014 11:20

Bakının məşqçisi: Nəticə özü gələcək

“Bakı”nın yetirməsi olan və bu komandanın heyətində çıxış etmiş, hazırda klubun futbol akademiyasında məşqçi kimi çalışan İlyas Qurbanov bir neçə gün öncə əsas komandaya məşqçi təyin edilməyi ilə bağlı klub saytına danışıb. Azerisport.az sizə həmin müsahibəni təqdim edir.
 
- Bir neçə gündür gündü ki, yeni işə başlamısız. Öncə bu münasibətlə sizi təbrik edirik. Bu təyinatı gözləyirdizmi?
- Təbrik üçün təşəkkür edirəm. Bildiyiniz kimi burada çıxış etmiş keçmiş futbolçular klub rəhbərliyinin diqqəti sayəsində futboldan kənarda qalmayıb. Mən də karyeramı bitirdikdən sonra “Bakı” futbol klubunun akademiyasında məşqçi kimi fəaliyyətə başladım. Akademiyanın müxtəlif yaş qrupları üzrə komandalarında çalışmışam. Sonuncu dəfə klubun 1999-cu il təvəllüdlülərdən ibarət komandasına rəhbərlik edirdim. Bir neçə həftə bundan qabaq klub rəhbərliyi əsas komandaya kömək etmək barədə təklif etdi. Bu mənim üçün gözlənilməz olsa da, çoxdankı arzumun gerçəkləşməsi üçün çox məmnunam.
 
- Əsas komandada işiniz nədən ibarət olacaq?
- Baş məşqçiyə kömək edirəm. İşim təlim-məşqlərin təşkilində iştirak, baş məşqçinin məşq planını həyata keçirməklə ona yadım etməkdən ibarətdi. Çalışacağıq ki, “Bakı”nı ötən günlərinə qaytaraq.
 
- Akademiyanın yetirmələri ilə Premyer Liqada uğur qazanmaq çətin olmayacaq?
- Klubun akademiyasında yüzlərlə istedad var. Buradakı mühitdə böyüyən futbolçular buna çoxdan hazır idi. Bizim əsas məqsədimiz buradakı istedadları əsas komandaya cəlb edərək onların bacarıqlarını üzə çıxararaq onları Azərbaycan futboluna qazandırmaqdı. Klub rəhbərliyi gənclər üçün gözəl imkan yaradıb. Bu gün “Qarabağ”da, “Simurq”da və bir çox aparıcı klublarda “Bakı”nın yetirmələri çıxış edir. Biz buna sevinirik. Bu onu göstərir ki, klub doğru yoldadı. Klubun strategiyası milli komandalara futbolçu verməkdi. Ölkə çempionatında nəticə özü gələcək.
 
- Həm futbolçu, həm də məşqçi kimi “Bakı”nın uğurları üçün çalışmaq arasında hansı fərqlər var?
- Fərq böyükdü. Oynadığımız vaxtlarda işim ancaq məşq və oyunlarda iştirak etmək idisə, indi məsuliyyətimiz ikiqat artıb. Bütün komandanı düşünməli – məşq prossesini, zədəliləri, rəqibləri, psixoloji amilləri, komandanı toparlamağı, güclü-zəif nöqtələri müəyyənləşdirib onları aradan qaldırmağın yollarını tapmalısan. Bir sözlə bu işlər bir-birindən kəskin fərqlənir.
 
- Bir neçə ay bundan öncə “Bakı”nın “Lans” ilə əməkdaşlığı çərçivəsində Fransada təlim məşq toplanışı keçirən komandalardan biri də sizin çalışdığınız U-16 idi. Fransa təlimləri məşqçi baxışlarınızda nələri dəyişdi?
- Orada təlim-məşq toplanışı zamanı bir neçə yoldaşlıq görüşü keçirdik. Uşaqlarımız Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini gördülər. Burada biz hamıdan güclü idik, orada isə çox zəif görünürdük. Əlbəttə, bundan nəticə çıxararaq düşüncələrimizdə inqilab etdik. Bundan əlavə 5 yetirməmiz 2 aya yaxın “Atletiko”nun bazasında oldu. Bütün bunlar uşaqlarımız üçün böyük bir təcrübə oldu. Belə bir imkanı bizlər üçün yaradan klub rəhbərliyinə başda Hafiz müəllimə bir daha təşəkkür edirik. Bu işlər davam etdirilir.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.