26 sentyabr 2014 00:45

Georgi Nikolov: İnterin üstünlüyü büdcəsini düzgün idarə etməkdədi

"İnter"in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində paytaxt təmsilçisinin 10 illik yubileyindən söhbət açıb, komandasının hədəflərindən danışıb:

"10 il az müddət deyil. Zaman sürətlə keçir. 8 ildi kluba rəhbərlik edirəm. Bu illərdə nə dərəcədə faydalı olmuşuq, buna siz qərar verin. Amma "İnter" hazırda ölkənin ən titullu klublarından biridi".

"20 illik yubiley zamanı klubun başında olub-olmayacağımı deyə bilmərəm. Əgər olmasam belə, fəxri qonaqlardan biri olaram".

Nikolov klubun geridə qalan dövrdəki uğurlarından da danışıb: "Maraqlı statistika var. Bizim iki dəst medalımız var. 10 il üçün normal nəticədi. Həmçinin digər yaş qrupları üzrə də müxtəlif çempionluqlarımız var".

Bolqarıstanlı mütəxəssisin sözünə görə, "İnter"in əsas hədəfi Azərbaycanı avrokuboklarda uğurlu təmsil etməkdi: "Əsas arzumuz Avropa arenalarında uğurlar qazanmaqdı. Daxili çempionatda özümüzü yaxşı tərəfdən göstərə bilirik. Bunu ölkədən kənarda da təkrarlamalıyıq".

Nikolov klubun büdcəsini açıqlamaq istəməyib: "Normal büdcəmiz var. Hər şey puldan asılı deyil. Baxmayaraq ki, pul çox şeyi həll edir. Əsas olan mövcud büdcəni düzgün idarə etməkdi. Onu daha da artırmaq isə bizim sponsorların qərarıdı".

Klub prezidenti komandanın cari mövsümə yaxşı başlamasından da danışıb: "Biz həmişə çempionluğa çalışmışıq. Bəli, "İnter" indi liderdi. Amma bu, bizim birinci pillədə qalacağımıza zəmanət vermir. Hər halda hədəfimiz məhz zirvədəki yerimizi qorumaqdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.