25 sentyabr 2014 22:30
Eddi İsrafilovsuz Qranada evdə uduzdu
Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" öz meydanında "Levante" ilə qarşılaşıb.
Oyun qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb. Eddi bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, hazırda İsrafilovun komandası 8 xalla 8-ci yerdə gedir.
