25 sentyabr 2014 22:00
Rəvan ilk qələbəsini lider üzərində qazandı
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Birinci divizionun debütantı “Zirə” ilk məğlubiyyətini “Rəvan”la səfər oyununda yaşayıb.
Bütövlükdə, keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
1-ci divizion
4-cü tur
25 sentyabr
Qaradağ Lökbatan - Şuşa - 1:0
Qol: Yasin Yaqubzadə, 10.
Şahdağ - Bakılı - 0:0
Göyəzən - Lokomotiv - 0:4
Qollar: Qoşqar Sarıyev, 42 - Rəşad Piriyev, 44, 73, 83.
Rəvan - Zirə - 3:1
Qollar: Roman Kikalişvili, 8-öz qapısına, Elgün Abbaslı, 58, Vüsal Qarayev, 90+2 - Vüqar Əsgərov, 86.
