25 sentyabr 2014 21:45
Georgi Nikolov: İnter Azərbaycan futbolunda ciddi rəqabət yaradıb
"İnter"in prezidenti Georgi Nikolov klubun 10 illiyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, mənim ilk belə yubileyimdi. Baxmayaraq ki, bir çox ölkələrdə çalışmışam. "İnter" Azərbaycan futbolunda qısa zaman kəsiyində ciddi rəqabətə səbəb olub. Klubun və stadionun bütün işçilərinə təşəkkürümü bildirirəm. Futbolçularımıza uğurlar arzulayıram".
