25 sentyabr 2014 21:30
Elxan Məmmədov: İnterə bir daha penaltilərlə uduzmamağı arzulayıram
AFFA-nın baş katibi Elxan Məmmədov "İnter" klubunun 10 illiyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan klublarının öz yubileylərini qeyd etməsi müsbət faktdı. "İnter" qısa zaman kəsiyində bir çox uğurlara imza atıb. Bu klub bizim futbola xeyli yetirməsini bəxş edib. AFFA adından onlara uğurlar arzulayıram. Arzu edirəm ki, "İnter" bir daha penalti seriyasında uduzmasın".
