25 sentyabr 2014 19:45
Rəşad Sadıqov İnterə qarşı oynamaya bilər
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, zədələnən futbolçu hazırda məşq etmir.
Yığmamızın üzvü saytımıza açıqlamasında bunları söyləyib: "Ötən gün məşqdə əzələmi dartmışam. Tibbi müayinədən sonra məsləhət gördülər ki, bir müddət məşq etməyim. "Neftçi"yə qarşı oynamayacağım dəqiqdi. "İnter"lə oyunda iştirakım isə sual altındadı. Amma mən daha çox İtaliya və Xorvatiya ilə oyunlara qədər sıraya dönməyi düşünürəm. Çünki millimizi çox vacib oyunlar gözləyir".
