25 sentyabr 2014 18:00
Erat oynadı, Fortuna xal itirdi
Almaniyanın Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı doğma meydanda "Şalke"nin ikinci komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Erat 90 dəqiqə meydanda olub.
"Fortuna"nın ikinci komandası hazırda 12 xalla 13-cü yerdə gedir.
