25 sentyabr 2014 15:45

Qadjev: Azərbaycanın 3-cü olmaq şansı yoxdu

Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Vladimir Qadjevin azerisport.az saytına müsahibəsi

- Bakıdan hansı təəssüratlarla qayıtdız?
- Gözəl. Yaxşı oyun keçirdik. Asan olmasa da, qələbə qazandıq. Azərbaycan yığmasının güclü olduğunu düşünürdüm, amma belə olmadığını gördüm.

- Yəni, asan qələbə qazandız?
- Məncə, hə. Özü də əsas heyətimizin üç futbolçusu yox idi. İvelin Popov, İvan İvanov da olsaydı, biz daha yaxşı oynayardıq.

- Qarşıda Xorvatiya ilə oyununuz var...
- Bakıdakı qələbə bizə əlavə əminlik qazandırdı. Əgər Azərbaycandakı kimi oynaya bilsək, xorvatlara da qalib gələ bilərik. Amma daha yaxşı oynamağa, top saxlamağa borcluyuq.

- Sizcə, Azərbaycan yığması doğrudan zəifdi, yoxsa komandanız daha güclü oynadı?
- Ötən mövsüm komandanız daha yaxşı çıxış etmişdi. Amma bizimlə oyun zəif təsir bağışladılar.

- Millimizə İtaliya ilə səfər oyununda şans tanımırsız?
- Komandanız bu oyunda böyük çətinliklə üzləşəcək. Qoy güclü olan qalib gəlsin. Məncə, Azərbaycan yığmasından sensasiya gözləməyə dəyməz.

- Üçüncü turda sizi Norveçlə, Azərbaycanı Xorvatiya ilə görüş gözləyir. Hər ikisi də səfərdə...
- Biz hər oyunda qələbə üçün çalışacağıq. Xorvatlar bizimlə oyunda çox güc sərf etsələr, Azərbaycanla oyuna yorğun çıxacaqlar. Yığmanız bizə qarşı oynadığı kimi çıxış etsə, nəyə nail olacağını deyə bilmərəm. Mən sensasiya gözləmirəm.

- Yəni, 3-cü yeri tutmaq şansımız yoxdu?
- 3-cü yer? İnanmıram. Qrupda hamı güclüdü. Biz də 2-3-cü yerlər üçün  oynayırıq. Fikrimcə, Azərbaycanın 3-cü olmaq şansı yoxdu. İstənilən halda hər bir rəqibə hörmətlə yanaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.