Dnepr Qarabağı boş tribunalar qarşısında qəbul edəcək
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Ukrayna "Dnepr"i arasındakı oyun boş tribunalar qarşısında keçiriləcək. Azerisport.az xəbər verir ki, buna səbəb Ukrayna təmsilçisinin UEFA tərəfindən cəzalandırılmasıdı.
Sözügedən komanda Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Danimarka "Kopenhagen"i ilə qarşılaşarkən azarkeşlərin yolverilməz davranışları qitə futbol qurumunun "Dnepr"i cəzalandırması ilə nəticələnib. Kiyevdəki "Olimpiya" stadionunda keçirilmiş həmin görüşdə baş verənlərə görə Ukrayna klubu 50 min avro cərimə olunub. Bundan əlavə bu klub növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq. Bu isə "Qarabağ"la ev oyununa təsadüf edəcək.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu oktyabrın 23-də keçiriləcək.
