25 sentyabr 2014 14:45
Namiq Yusifov: Neftçi favoritdi
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" cütün favoritidi. Çünki bizi öz meydanında qəbul edəcək. Amma bizə də 3 xal rəqibdən az lazım deyil. Startda çox xal itirdik. Növbəti oyuna hansı heyətlə çıxacağımızı bilmirəm. Amma istənilən halda qələbə üçün oynayacağıq. "Qarabağ"ın hətta ikinci heyətlə də oynaması bizim şansımızı azaltmayacaq".
