25 sentyabr 2014 14:25
Nazarov Karlsrueni xilas edə bilmədi
Almaniyanın ikinci Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" səfərdə "Leyptsiq"lə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu oyunun 73-cü dəqiqəsindən etibarən meydana çıxıb.
Nazarovun komandası hazırda 12 xalla 6-cı pillədə qərarlaşıb.
