25 sentyabr 2014 14:00
Elazığspor İmamverdiyevsiz məşq etdi
Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" Türkiyə Kubokunun 2-ci turu çərçivəsində bu gün "Ayvalikgücü"ü ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, futbolçumuz komandasının dünən keçirilən oyun öncəsi son məşqində iştirak etməyib.
Klubun rəsmi saytı İmamverdiyevin icazəli olduğunu yazsa da, bu barədə ətraflı məlumat verməyib. Onun bu gün keçirilən matçda da iştirak etməməsi gözlənilir.
