25 sentyabr 2014 13:20
Sumqayıtda biri qayıtdı, digəri fərdi məşq edir
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Bir müddətdi zədəli olan qapıçı Andrey Popoviç artıq tam sağalaraq kollektivə qoşulub. Yalnız ayağında zədəsi olan Şəhriyar Xəlilov fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Simurq" - "Sumqayıt" oyunun sentyabrın 28-də saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. (klub saytı)
