25 sentyabr 2014 13:10
Qəbələ Xəzər Lənkəranla oyuna 2 itki ilə hazırlaşır
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində sentyabrın 28-də Qəbələdə "Xəzər Lənkəran”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “Qırmızı-qaralar" məşqlərini doğma məkanda keçirir.
Ötən turun "Neftçi” ilə (0:0) oyunundan sonra qısa istirahət edən "qırmızı-qaralar" sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu - zədəsi olan Vladimir Levin və Dodo iştirak etmirlər.
Qeyd edək ki, “Xəzər Lənkəran”la Qəbələdə keçiriləcək oyun saat 19:00-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. (klub saytı)
