25 sentyabr 2014 11:45

Elnur Allahverdiyev: Bizə Qarabağla oyunda yalnız qələbə sərf edəcək

"Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Hər şey yaxşıdı. Bizi ciddi sınaq gözləyir. Rəqibi yüksək qiymətləndiririk. Amma biz də zəif komanda deyilik. Maraqlı oyun olacaq. Qoy güclü qalib gəlsin.

- Bu oyun "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə qarşılaşması öncəsi baş tutacaq. Bu, "Neftçi" üçün üstünlük sayıla bilər?
- "Qarabağ"la "Neftçi" arasındakı oyunlar həmişə prinsipiallığı ilə seçilib. Kimin meydana çıxmasından asılı olmayaraq, bizə asan olacağını düşünmürəm. Rəqibi doğma meydanda qəbul edəcəyik. Bu üzdən istənilən halda bizim üçün yalnız qələbə qazanmaq lazımdı. Başqa nəticə sərf etməyəcək.

- Bundan əvvəlki oyunda əvəzləndiz. Qarşıdakı oyunda meydana çıxacaqsız?
- Mən özüm əvəzlənməyimi istədim. Çünki əzələmi dartmışdım, ağrı hiss edirdim. Vəziyyətin daha da ağırlaşacağından çəkinirdim. Risk etmək istəmədim. İndi özümü daha yaxşı hiss edirəm və oynamağa hazıram.

- "Neftçi"dəki debütünüz keçmiş komandanız "Qəbələ"yə qarşı oldu...
- Bu, mənim üçün xoş oldu. Özümü heç də qonaq kimi hiss etmirdim. Məni Qəbələdə yaxşı qarşıladılar.

- Bu, seçmə mərhələ oyunları öncəsi son turdu. Yığmamızın İtaliya və Xorvatiyaiə görüşlərinə dəvət gözləyirsiz?
- Bəli. Məni də dəvət edəcəklərinə inanıram. Berti Foqtsa belə oyunlarda təcrübəli futbolçular lazımdı. Bir əsgər kimi mən də hər an dəvətə hazıram.

- Bu oyunlarda yığmamızın yaxşı nəticə qazanacağına inam çox azdı. Bunu nəzərə alsaq, yığmaya çağırılmamaq daha yaxşı olmazdımı?
- Mən istənilən halda bu oyunları buraxmaq istəmirəm. Yığmamız bu oyunlara uduzmaq üçün getməyəcək. Bizim hər iki oyunda şansımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.