25 sentyabr 2014 11:15
İnter Gürcüstana Mirzağa Hüseynpursuz gedir
Bakının "İnter" klubu Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacaqları AZAL ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "bankirlər"in iki oyunçusu qarşıdakı görüşü buraxmalı olacaq.
Bunlar uzun müddətdi zədəli olan Sezar Meza Kolli ilə Mirzağa Hüseynpurdu. Paraqvaydakı müalicəsini başa vurub Bakıya qayıdandan sonra hazırda fərdi məşq edən Meza Kollidən fərqli, Hüseynpurun durumu daha da pisdi. Onun "İnter"in Gürcüstan toplanışına da aparılmaması gözlənilir.
