25 sentyabr 2014 02:00
Ayaz Mehdiyev debüt etdi, komandası kubokda mərhələ adladı
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da bu turnirdə ilk sınağına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Altay"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla başa çatıb. Əlavə yarım saatda qol olmadığından qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan qonaqlar 7:6 hesabıyla qalib gələrək, növbəti mərhələyə yüksəliblər.
PTT 1-ci Liqa oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyev nəhayət, kubok oyununda yeni komandası ilə ilk matçına çıxıb. Baş məşqçi onu 70-ci dəqiqədə meydana buraxıb.
