25 sentyabr 2014 01:50
Mahir Şükürovu kubokdan uzaqlaşdırdılar
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" da bu turnirdə ilk sınağına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Altay"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə yarım saatda qol olmadığından qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan qonaqlar 4:3 hesabıyla qalib gələrək, "Karşıyaka"nın mübarizəni erkən dayandırmasına səbəb olublar.
Mahir bu oyuna start heyətdə çıxıb. O, 120 dəqiqə meydanda olub.
