25 sentyabr 2014 01:40
Qarabağın rəqibindən daha bir qələbə
Futbol üzrə İtaliya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Ağdamlıların rəqibi doğma meydanda "Atalanta" ilə qarşılaşıb. Oyun 2:0 hesabıyla milanlıların xeyrinə başa çatıb. Qarşılaşmanın 30-cu dəqiqəsində qonaqların qapısına penalti təyin edilsə də, Palasio bundan yararlana bilməyib. Amma 40-cı dəqiqədə Osvaldo komandasını hesabda önə keçirib. 87-ci dəqiqədə isə Ernanes matçda son nöqtəni qoyub - 2:0.
Qeyd edək ki, 4 oyundan sonra "İnter" 8 xalla 3-cü yerdə gedir.
