25 sentyabr 2014 00:30
Tventenin qapıçısı: Qarabağ fransızlara 2:0 hesabıyla qalib gəlməliydi
Hollandiyanın "Tvente" klubunun qapıçısı Nik Marsman "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə qolsuz heç-heçəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna baxdım. Düşünürdüm ki, fransızlar ən azı 2 cavabsız qolla qalib gələrlər. Amma başa düşdüm ki, səhv etmişəm. Oyundan sonra komanda yoldaşlarım hətta mənimlə zarafatlaşmağa başlamışdılar. Mənə elə gəlir ki, "Qarabağ" bizimlə oyunlarda öz imkanlarının 60-70 faizindən yararlanıb. Komandanız "Sent-Etyen"ə qarşı sərgilədiyi oyunla ən azı 2:0 hesabıyla qalib gəlməliydi".
