24 sentyabr 2014 17:35
Elnur Allahverdiyev: AÇ-2020-də iştirak etməyəcəyim dəqiqdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev bəyan edib ki, o, Bakıda keçiriləcək AÇ-2020-nin oyunlarına azarkeş kimi baxacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü desəm, mən AÇ-2020-nin bəzi oyunlarının Bakıya veriləcəyinə çox az inanırdım. Amma şadam ki, Avropanın ən yaxşı komandaları qitə birinciliyinin oyunlarını Bakıda keçirəcəklər. Yığmamızın da həmin turnirin iştirakçıları sırasına düşməsi əla olardı. Amma həmin AÇ-də mən oynamayacam. Bu, dəqiqdi. Həmin oyunlara sadəcə, azarkeş kimi baxacam. Mümkündü ki, indiki seçmə tsikl mənim üçün sonuncu olsun. Bizdən sonra gələn gənclərə bacarmadıqlarımızı həyata keçirməyi arzulayıram".
