24 sentyabr 2014 17:25

Versleyen: Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu

AFFA tərəfindən “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- İlk olaraq Azərbaycana gəlişinizlə bağlı danışardız...
- Hollandiyada olarkən AFFA tərəfindən Azərbaycana dəvət olundum. Hələ bura gəlməmişdən Azərbaycan futbolu haqqında məlumat toplayırdım. O zaman Azərbaycanın hansı klubunda çalışacağımı bilmirdim amma öyrənmişdim ki, ölkənin ən köklü klubu “Neftçi”dir. Daha sonra AFFA mənimlə müqavilə bağladı və elə “Neftçi” klubuna texniki direktor olaraq təyinat aldım. Burada əsas vəzifəmiz yeniyetmə və uşaq futbolunun inkişafına çalışmaqdı.

- Bundan sonra “Neftçi”də fəaliyyətə başladız
- Hə, “Neftçi”yə gəldiyim gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm və planlarım barədə danışdım. O da öz növbəsində mənə dəstək verəcəyini bildirdi. Daha sonra işə başladım. Hər gün klub rəhbərliyi və uşaq futboluna cavabdeh şəxslərlə görüşüb müzakirələr aparırıq. Meydana çıxan problemlər də dərhal həll olunur. Mən buna qədər Hollandiyadan başqa Yaponiya, Çin, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanında çalışmışdım bu səbəbdən də fərqli ölkələrdə işləmək mənə çətinlik yaratmır.

- “Neftçi”nin yeniyetmə və uşaq futbolçularını ilk gördüyünüzdə sizdə hansı təəsüratlar yarandı?
- Mən “Neftçi”yə aprel ayında gəldim və iki ay demək olar ki müşahidə etdim. Futbolda işə haradan, hansı səviyyədən başlamağı müəyyənləşdirməlisən. Yalnız belə olan halda istəyinə nail ola bilərsən. Mən burada futbol oynamağa həvəsli və istedadlı uşaqları gördüm. Azərbaycanda uşaqların yetişdirilməsi üçün futbol meydançalarının sayını artırmaq lazımdı. Digər tərəfdən də komandalar bir mövsüm ərzində say etibarı ilə az oyun keçirirlər. Çünki Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu. Avropa ölkələrində isə məşq saatları çoxdur. Ümumiyyətlə hər sahədə nailiyyət qazanmaq üçün daha çox məşq etmək lazımdır. Bizim hesablamalarımıza görə burada uşaqlar 6 yaşından 16 yaşına kimi 4 min saat məşq edirlər ki, bu da çox azdır.

- Yəqin ki, komandalarda müəyyən istedadları gözaltı eləmisiz...
- 9, 10 və 11 yaşlı futbolçular arasında belələri var. Onlar sözün əsl mənasında istedadlıdırlar. Amma istedadlı olmaq kifayət deyil. Biz çalışmalıyıq ki, onlar bu qabiliyyətlərini inkişaf etdirsinlər. Əldə xammal ola bilər amma onu yaxşı cilalamaq lazımdır. Əsas da onlara düzgün məşq keçilməlidir. Biz də məhz bu istiqamətdə çalışırıq. Məşqçilər futbolçuları inkişaf etdirməklə yanaşı, özləri də inkişaf etməlidirlər. Hər yaş qrupunun öz hazırlığı var və biz proqram əsasında bunu ən yaxşı şəkildə icra etməyə çalışırıq.

- Futbolçuların inkişafı üçün konkret nə işlər görülür?
- Çalışırıq ki, futolçularla məşqçilər daha sıx təmasda olsunlar. Çünki,futbolçu məşqçinin dediyini dərhal anlamalıdır və məşqi kortəbii halda yox, anlayaraq icra etməlidir. Əgər futbolçu nəyi nə üçün etdiyini bilmirsə, o inkişaf edə bilməz. Bir sözlə futbolçu oynamaqla yanaşı, düşünməyi də bacarmalıdır.

- Uşaq futbolçularımızın üstün tərəfləri hansıdı?
- Azərbaycan futbolçuları topla oynamağı sevirlər və texnikalı futbola üstünlük verirlər. Fikrimcə burada futbolçular daha çox fərdi ustalıq hesabına fərqlənməyə kökləniblər. Futbolda fərdi keyfiyyətlər çox önəmlidir amma komanda oyunu da ön planda olmalıdır, çünki qələbəni komanda qazanır.

- Hazırda siz “Neftçi”də çalışırsınız. Ola bilərmi, gələcəkdə “Neftçi”nin bəzi futbolçuları sizinlə birgə Hollandiyada hazırlıq keçsin?
- Çox gözəl fikirdir. Əgər AFFA dəstək verərsə gələcəkdə belə bir layihə həyata keçirmək olar. Buna qədər isə müəyyən səviyyədə inkişafa nail olmalıyıq. Daha sonra dediyiniz fikrin reallaşmasına mən də öz köməyimi göstərə bilərəm. Məsələn, Cənubi Afrika Respublikasında işlədiyim müddətdə belə bir təcrübə olmuşdu. Oradan bir-neçə futbolçunu Hollandiyaya məşqlərə göndərmişdik.

- Holland həmkarlarınız buradakı fəaliyyətinizlə maraqlanırlarmı?
- Təbii ki, hollandiyalı həmkarlarımla söhbətim zamanı Azərbaycan futbolu barədə də danışırıq. İnanıram ki, yaxın gələcəkdə həmyerlilərim Azərbaycan futbolçularını Hollandiya çempionatında əyani olaraq görə biləcəklər.

- Yan Versleyenin Azərbaycandakı hədəfləri nədir?
- Hazırda 10-14 yaşlı futbolçular öz qızıl dövrünü yaşayır. Onlara ümidimiz böyükdür. Onların potensialını tam açmağa çalışırıq. Bu futbolçuları əsas komandaya və milli komandalar üçün hazır vəziyyətə gətirməliyik. Doğrudur bizdə hər yaş qrupuna uyğun ayrı komandalar var amma biz çalışırıq ki, futbolçu əsas komandaya mümkün qədər gənc yaşda gəlsin.

- Yeniyetmə futbolçulara nə tövsiyyə edərdiz?
- Mən onların valideynlərinə tövsiyyə edərdim ki, futbola marağı olan uşaqlarını 6-7 yaşlarında olarkən futbola gətirsinlər. Daha sonra uşaqlarını məşqçinin öhdəsinə buraxsınlar. Onlara sərbəstlik versinlər. Qoy uşaqlar da futboldan zövq alsınlar. Belə olan halda inkişaf üçün düzgün təməl qoyulmuş olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.