24 sentyabr 2014 16:45
Fərid Quliyev: Yerlilərə legionerlər qədər inam göstərmirlər
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev yığma komanda ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında "Sumqayıt"ın forvardı bunları söyləyib:
"Məni hətta vurduğum 11 qoldan sonra da yığmaya dəvət etmədilər. Buna baxmayaraq, üzərimdə işləyirdim, dəvət gözləyirdim. Ölkənin bir nömrəli komandasına dəvət almağa layiq olmalısan. Hər yerdə belədi. İndi isə başqa cürdü. Çempionatda bir qol vuran kimi milliyə dəvət almaq hardasa anlaşılmazdı. Fikrimcə, hər şey bu qədər sadə olmamalıdı. Yerli hücumçulara legionerlər qədər inam yoxdu. Yadımdadı, Nikolas Kanales onda 11 tur qol vura bilmədi, amma sonra 20 top vurdu. Yerli hücumçuların heç birinə bu qədər səbr göstərməzdilər".
