24 sentyabr 2014 14:40

Diniyev: Fəxr edirəm ki, Rusiyada çalışan ilk azərbaycanlı məşqçiyəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev futbol həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Azerisport.az sizi təcrübəli mütəxəssisin həmin açıqlamaları ilə tanış edir:

"Futbolçu karyeramda özümü ulduz hiss etdiyim bir dövr olmayıb. Avropa və dünya çempionatlarında, Çempionlar Liqasında, Avropa Liqasında oynamamışam. Halbuki, bunu hər bir futbolçu arzulayır.

Futbolçu kimi meydanda oynamaq, kənarda dayanıb komandaya rəhbərlik etməkdən daha çətindi. Belə bir deyim var ki, qazananda futbolçular qazanır, uduzanda məşqçilər uduzur. Uduzanda yanında heç kim olmur, tək qalırsan. Qələbə qazananda da məşqçini yada salan olmur, qol vuran, qəhrəmana çevrilən futbolçulardan danışırlar. Ona görə də məşqçinin çemodanı həmişə yanında olur. Əgər uğursuzluqlarda günahkar baş məşqçidisə, o, getməyə hazır olmalıdı. Oyunları komanda uduzsa da, əsas məsuliyyəti baş məşqçi daşıyır.

Xosep Qvardiolanın stili daha çox xoşuma gəlir. O, azarkeşlər üçün çox gözəl futbol oynadır. Qvardiola dünya futboluna bir yenilik gətirib. Hamı futbolda yalnız nəticənin vacib olduğunu deyir. Amma sərgilənən futbol azarkeşlərin ürəyincə olmalıdı. Amma Joze Mourinyonun oynatdığı futbol fərqlidi. Onlar həmişə müdafiədə oturub rəqibin səhv etməsini gözləyirlər. Belə futbol maraqlı deyil. Bunu mən bir azarkeş kimi deyirəm.

Müxtəlif klublarda çalışmışam. Rusiyada çalışan ilk azərbaycanlı legioner məşqçi olmuşam. Bununla fəxr edirəm. Gəncədə çalışmışam. Hərdən deyirlər ki, məşqçi olmaqla səhvə yol vermişəm. Amma mən belə hesab etmirəm. Komandada bir ailə ab-havası yaratmaq asan deyil. Eyni zamanda bu, çox vacibdi.

Dörd uşağım var. Üçü oğlandı, biri qız. Oğullarım gözlərini açıb məni formada, stadionda görüblər. İki oğlumun futbolçu olması onların öz qərarlarıdı. Mənə sadəcə, onları dəstəkləmək qalır. Onlardan xüsusi bir nəticə gözləmirəm. Mənim üçün vacib olan onların bir insan kimi həyatda öz yerlərini tapmalarıdı. Böyük oğlumun 20 yaşı var və əsas heyətdə oynayır. Bu, məni çox sevindirir. Kiçiyin isə 18 yaşı var, o da "İnter"də əsas heyət oyunçularındandı. Onları həmişə öz üzərlərində daha çox çalışmağa səsləyirəm. Kiçik oğlumun 10, qızımın 8 yaşı var. Onlar hələ məktəbdə oxuyurlar və yəqin ki, seçimləri futbolla əlaqəli olmaz". (day.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.