24 sentyabr 2014 13:00
Astarada futbol məktəbi açıldı
Astara rayonundakı Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, millət vəkili, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və digər rəsmi şəxslər iştirak ediblər.
Astara rayonundakı müxtəlif məktəblərdə təhsil alan 6-13 yaş arasında 190 nəfər oğlan və qız məktəblinin, həmçinin məşqçilərin və təlimatçıların qatıldığı tədbirdə Ziyafət Əsgərov və Rauf Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. (AFFA)
