24 sentyabr 2014 12:30
AFFA-dan yeni turnir
Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan, AccessBank-la və Clear-la birgə sentyabrın 27-də Bayıl stadionunda qızlar arasında 2 yaş qrupu üzrə "3x3 Qızlar turniri" keçirəcək. Azerisport.az xəbər verir ki, turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdı.
Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdı. (AFFA)
