24 sentyabr 2014 12:20
Millimiz Frankfurta təlim-məşq toplanışına gedir
Azərbaycan milli komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, millimiz oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək. (AFFA)
