24 sentyabr 2014 00:25
Rail fərqləndi, komandası mübarizəni erkən dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü - Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da ilk sınağına çıxıb.
Onun komandası aşağı liqa təmsilçisi "Trabzon Akçaabat"ın qonağı olub. Qarşılaşmanın əsas vaxtında qol vurulmayıb. Railin komandası hətta rəqibin iki futbolçusunun meydandan qovulmasından da yararlana bilməyib. Nəticədə, qarşılaşmanın qalibini penalti seriyası müəyyənləşdirib. 4:2 hesabıyla üstün olan aşağı liqa təmsilçisi qələbə qazanaraq, mərhələ adlayıb. "Dənizlispor" isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Rail bu oyuna start heyətdə çıxıb. Sonadək meydanda olan futbolçumuz 49-cu dəqiqədə sarı vərəqə almaqla kifayətlənib.
