24 sentyabr 2014 00:05
Qaziantep BB Cavadovla Hacıyevin qolları sayəsində qalib gəldi
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" də ilk sınağına çıxıb.
Futbolçularımızın komandası "Anadolu Selcukspor"un qonağı olub. "Qaziantep BB" bu görüşdə 2:1 hesabıyla qalib gəlib. Oyunda hesabı meydan sahibləri açsa da, 53-cü dəqiqədə Vaqif Cavadov hesabı bərabərləşdirib. 71-ci dəqiqədə isə Rəhman Hacıyev komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, Rəhman bu oyuna start heyətdə çıxıb, 87-ci dəqiqədə əvəzlənib. Vaqif isə 24-cü dəqiqədə oyuna qoşulub. Ufuk ümumiyyətlə bu oyunun iştirak ərizəsində yer almayıb.
