23 sentyabr 2014 19:20

Arif Əsədov: Qarabağ indi hamıdan yaxşı oynayır

"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- İlk iki oyununuzda qazandığınız nəticələrdən razısız?
- "Neftçi"yə elə bir vaxtda qoşuldum ki, komandanı əsas rəqibləri ilə oyunlar gözləyirdi. Nəyisə dəyişməyə vaxt az idi. Belə bir vəziyyətdə "Xəzər Lənkəran" üzərində qələbə (1:0) və "Qəbələ" ilə heç-heçə (0:0) pis nəticə deyil. Baxmayaraq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılmağı planlaşdırmışdıq.

- Qarşıda da "Qarabağ"la oyun var...
- Bu oyunda da istisnasız olaraq, qələbə qazanmaq haqda düşünürük. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. Ondan sonra çatışmazlıqları aradan qaldırmaq üçün üç həftə vaxtımız olacaq.

- Rəqib son çempion olsa da, Avropa Liqasındakı oyunlarıyla əlaqədar Premyer Liqaya tam köklənə bilmir, əsas heyətlə mübarizə aparmır. Qarşıda Milan "İnter"i ilə oyunları var. Bütün bunları nəzərə alsaq, işinizin asan olacağını demək olar?
- "Qarabağ" hazırda pik formadadı və Premyer Liqada hamıdan yaxşı oyun sərgiləyən komandadı. Bunu Avroliqadakı oyunları da sübut edir. İki balanslaşmış heyəti var. Amma eyni sözləri bizim haqda demək olmaz.

- "Qarabağ" ən güclü heyətlə oynasa, "Neftçi" istədiyi nəticəyə nail ola bilməyəcək?
- Biz özümüzü "Qarabağ"dan zəif hesab etmirik. Onların hansı heyətlə oynamasından asılı olmayaraq, "Neftçi" öz oyununu sərgiləyəcək. Sadəcə, komandamız rəqib qədər tam hazırlıqlı deyil. Həm də zədəli, hazır olmayan oyunçularımız var. Məsələn, Ernest Nfor zədəlidi, Bruno Bertuççi ilə Nikolas Kanalesin daha yaxşı hazır olması üçün zaman lazımdı.

- Komandanın fiziki cəhətdən tam hazır olmaması barədə fikirləriniz Böyükağa Hacıyevin xətrinə dəyib...
- (gülür) Mən onu Hacıyevin xətrinə dəymək üçün deməmişəm. Hər məşqçinin öz baxışı var. Hesab edirəm ki, komandada üzərində işləməli olduğumuz müəyyən məqamlar var.

- Üç həftəlik fasilə zamanı Türkiyəyə getməyi planlaşdırmırsız?
- Bu yöndə iş aparılır. Böyük ehtimalla paytaxtdan kənarda hazırlaşacağıq. Bir neçə yoxlama oyunu keçirəcəyik ki, komanda tam hazır ollsun. Mən Böyükağa Hacıyevin işinə kölgə salmaq istəmirəm. O, yaxşı komanda yaradıb. Amma hər yeni məşqçinin öz tələbləri, istəkləri olur.

- "Neftçi" mövsümə bu heyətlə davam edəcək, ya qışda dəyişiklik mümkündü?
- Hansısa bir dəyişiklik planlaşdırmamışıq. Yeni legioner futbolçunun alınmasını da düşünmürük. Bütün futbolçularla müqaviləmiz var. Əlimizdə olan materialdan yararlanacağıq.

- Hədəfiniz nədi?
- Klub prezidenti qarşıma çempionluq hədəfi qoymayıb. Amma klubumuz həmişə iddialı olub. Hər bir baş məşqçi ondan nə gözlənildiyini yaxşı bilir. Burada çalışmışam və nəyin necə olduğunu bilirəm. Hədəflərimdən biri də yerli futbolçulara güvənməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.