23 sentyabr 2014 17:50
De Rossi Azərbaycana qarşı oynamayacaq
Futbol üzrə İtaliya yığmasının yarımmüdafiəçisi Daniele De Rossi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, “Roma”nın dayaq yarımmüdafiəçisi A Seriyasının son turu çərçivəsində keçirilmiş “Kalyari” ilə oyununda zədələnib.
Zədəsi ciddi olan futbolçunun qarşıdakı bir ayda yaşıl meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, İtaliya – Azərbaycan matçı oktyabrın 10-da keçiriləcək.
