23 sentyabr 2014 17:00

Matiya Şpiçiç: Çempion olacağımıza çox inanırıq

"İnter"in müdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- "Bakı"ya 7:0 hesabı ilə qalib gəldiz. Nə baş verdi  bu cür hesabla qələbə qazandız?
- Bu oyuna çox ciddi yanaşırdıq. Bilirdik ki, "Bakı"nın vəziyyəti heç də yaxşı deyl. Onlarda problemlər olduğunu hamımız bilirdik. Buna baxmayaraq, oyuna çox ciddi çıxdıq. İlk dəqiqələrdən də niyyətimiz qol vurub oyunu öz tərəfimizə keçirmək idi. Layiqli qələbə qazandıq və böyükhesablı qələbə yerinə düşdü. 

- Hesab daha dəhşətli ola bilərdi. 5-10 yüzfaizli qol epizodunu da boşa verdiz. “Bakı”ya heç acımadız?
- Bəli, bizim qol vurmaq üçün çoxlu sayda imkanımız oldu. Ancaq alınmadı. Epizodların hamısı qol olsa, futbolun marağı olmaz. Hər oyuna qələbə üçün çıxırıq. Əlbəttə ki, 7:0 bizim üçün əla nəticədi. Özümüzəinam daha da artdı. Qarşıdakı görüşə də daha yaxşı motivasiya ilə çıxacağıq.

- Matçdan sonra "Bakı" futbolçularına yaxınlaşıb nəsə dediz?
- Əlbəttə, yaxınlaşdım. "Bakı" üçün heç də yaxşı gün deyildi. Bu cür məğlubiyyət onları çox pis vəziyyətə salmışdı. Balkandan olan dostlarıma yaxınlaşdım və dedim ki, bu oyunu unutmaq lazımdı. Hamısı başını aşağı salmışdı. Mən də dedim ki, başınızı qaldırın və irəliyə, baxın hər şey yaxşı olacaq. Onlar da futbolçu dostlarımızdı. Pis olmalarını istəməzdim. Sadəcə, bu, futboldu və bizim öz məqsədimiz var. Ən azından onlara dəstək olduq.

- "İnter" ilk pillədədi. Bu mövsümə çox yaxşı başlamısız. Cari mövsüm "İnter"dən çempionluq gözləmək olar?
- Düzdü, mövsümə çox yaxşı başlamışıq. Hələ ki, ilk pillədəyik. Biz komanda olaraq əminik ki, bu il çempionluq uğrunda mübarizə aparmaq olar. Çempionluğa da çox inanırıq.

- Hansı klubları "İnter" üçün əsas rəqiblər saymaq olar?
- Elə keçən ilki kimi ən çətin rəqiblərimiz "Qarabağ", "Neftçi", "Qəbələ" və "Xəzər Lənkəran"dı. Bu rəqiblərlə matçlar çətin olacaq.

- Demək olar ki, "İnter"ə hücumçu lazımdı?
- Ötən mövsüm də hamı deyirdi ki, "İnter"ə hücumçu lazımdı. Ancaq biz  "Qarabağ"dan sonra çempionatda ən çox qol vuran komanda olduq. Bu mövsüm də artıq 16 qol vurmuşuq. Ona görə də hücumçu lazım olduğunu düşünmürəm. Sadəcə, bizim problemimiz epizodları qola çevirməkdədi. Biz bunda haradasa əziyyət çəkirik. 

- Ötən mövsüm vacib oyunlarda "İnter"in vacib qollarını vururdun və əsas heyətin əvəzedilməzi idi. Ancaq cari mövsüm hərdən elə olur ki, ehtiyatda oturusan. Bu nə ilə bağlıdı?
- Bilmirəm. Baş məşqçi qərar verir kimin oynayacağına. Mən hər zaman hazıram və baş məşqçidən şans gözləyirəm. Sadəcə, bizdə legionerlər çoxdu. Start heyətində isə yalnız 6 legioner oynaya bilər. Ona görə də baş məşqçimiz hərdən heyəti dəyişir. Burada problemli bir şey görmürəm.

- Növbəti tur AZAL-ın qonağı olacaqsız. Uğurlu seriyanı davam etdirə biləcəksiz?
- Hər oyuna qələbə üçün çıxırıq. AZAL-la oyuna da həmçinin. Ümidvaram ki, "Bakı" üzərindəki böyükhesablı qələbədən sonra AZAL-la görüçdə motivasiyamız yüksək olacaq və qələbə qazanacağıq. 

- "Qarabağ" - "Sent Etyen" matçını izlədiz?
- İkinci hissəyə baxa bildim. Çünki məşqimiz var idi. Heyf ki, "Qarabağ" qalib gələ bilmədi. Çox yaxşı qol epizodları var idi. "Sent-Etyen" heç nə edə bilmədi "Qarabağ" qarşısında. Əgər "Qarabağ" bu cür oyunu davam etdirsə, digər rəqiblərlə matçda da uğurlu nəticə qazanar. Qrupdada yüksək yerlər üçün oynayar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.