23 sentyabr 2014 15:50
Mikael Silvestr Bakını təriflədi
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq müdafiəçisi Mikael Silvestr bu klubun Azərbaycanda futbol məktəbinin açılması münasibətilə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Sağ olsunlar ki, məni bu tədbirə dəvət ediblər. Bu məktəb azərbaycanlı uşaqların gələcəkdə yaxşı futbolçu olması üçün yaxşı bir məqam olacaq. Azərbaycan futbolu üçün mühüm bir hadisədi. Azərbaycan gündən-günə inkişaf edir. Bu məktəbdə təhsil alacaq uşaqlar da həmin inkişafda müəyyən rol oynayacaqlar. Bakı gözəl şəhərdi. Gecələri çox işıqlıdı. Aeroportdan şəhərə gələnə qədər gördüklərim çox xoşuma gəldi. Sizin yeni inşa olunan stadionunuz da çox gözəldi”.
