MY-nin marketinq direktoru: Azərbaycanın da Besti, Giqqzi olacaq
İngiltərənin “Mançester Yunayted” klubunun marketinq direktoru Conatan Riqbi Bakıda açdıqları futbol məktəbi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bakıda belə bir məktəbin açılmasına çox şadam. Mikael Silvestetr də sağ olsun ki, bizimlə birgə bura gəlib. MY-nin burada futbol məktəbi açması yerli futbolun inkişafı üçün müsbət bir məqamdı. Bu regionda öz bazamız olacaq ki, uşaqların inkişafına böyük fayda verəcək. Mümkündü ki, gələcəkdə Azərbaycanın da Besti, Giqqzi üzə çıxsın. Əgər burada yaxşı uşaqlar üzə çıxsa, onlar gələcəkdə MY-də top qova biləcəklər”.
Riqbi Azərbaycanın AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcəyinə dair də fikirlərini açıqlayıb: “Azərbaycanı bu münasibətlə təbrik edirəm. Bakıda şəhərin infrastrukturunu yaxşılaşdırmaq üçün çoxlu pullar xərclənir. Bizim buradakı futbol məktəbimizin bəhrəsini də elə 2020-ci ildə görə biləcəyik. Bu, yaxşı bir təcrübə olacaq”.
