23 sentyabr 2014 15:20
Elxan Məmmədov: MY ilə əməkdaşlığımız uzunmüddətli olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda İngiltərənin “Mançester Yunayted” klubunun futbol məktəbinin açılmasına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Artıq ardıcıl iki ildi MY Bakıda yay futbol məktəbi açırdı. Bu, müsbət hadisədi. Bu klubla danışıqlarımız gedirdi. Artıq MY burada daimi futbol məktəbini açır. Bu, Azərbaycan futbolu üçün çox müsbət haldı.
Məktəbdə 2004-07-ci illər aralığında anadan olmuş uşaqlar təhsil alacaqlar. Məktəb 4 illik nəzərdə tutulub. Ondan sonra müqaviləyə yenidən baxıla bilər. Bu, uzunmüddətli bir layihədi.
