22 sentyabr 2014 19:15

"Qarabağın oyununu görəndən sonra başa düşdüm ki, çox çətin qrupa düşmüşük"

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın "Dnepr" klubunun çexiyalı müdafiəçisi Andrey Mazuxun azerisport.az saytına müsahibəsi

- "Qarabağ" - "Sent-Etyen" matçına baxdız?
- Oyunun fraqmentlərinə baxmışam. Ancaq "Qarabağ" hücum edib. Komandanız çox yaxşı oynayıb.

- Kim qələbə qazanmalıydı?
- Çox hücum etməsini nəzərə alsaq, "Qarabağ". Bunun üçün gözəl şansları da olub. Amma buna nail ola bilmədilər.

- Ağdamlılardan belə oyun gözləyirdiz?
- Düzünü desəm, yox. Düşünürdüm ki, "Qarabağ" qrupun autsayderi olacaq. "Sent-Etyen"in Bakıda qələbə qazanacağını gözləyirdim. Amma gördüm ki, fransızlar heç hücum da etmədilər.

- Sizin "İnter"lə oyununuz necə keçdi?
- Uduzduğumuz üçün çox məyusam. Qələbə də qazana bilərdik. 70-ci dəqiqəyə qədər hesab açılmamışdı. Amma buraxılan qol bizi psixoloji cəhətdən "sındırdı".

- Bəs 70 dəqiqə ərzində sizin qol vurmağınıza nə mane oldu?
- İlk oyun idi. Həm də ələ düşən şansalrdan lazımınca yararlana bilmədik.

- Sizcə, hansı komandalar qrupdan çıxmaq üçün oynayacaq?
- Hamının belə bir şansı var. "İnter" daha məşhurdu. Bu komandanın qrupda birinci olacağını hamı deyir. Amma mən bununla razı deyiləm. Düzdü, onlar favoritdilər. Amma "Qarabağ"ın oyununu görəndən sonra başa düşdüm ki, çox çətin qrupa düşmüşük. Hamı sonadək mübarizə aparacaq. Qarşıda daha 5 oyun var.

- "Dnepr"ə də "Qarabağ"la çətin olacaq?
- Bütün oyunlar çətin olacaq. Sizin klubla oyun da istisna olmayacaq. "Qarabağ"ın güclü hücum xətti var. Onları saxlamaq lazım gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.