22 sentyabr 2014 12:10

Nildo 30-a 3-cü klubunda çatdı

“İnter”in braziliyalı futbolçusu Junior Nildo Premyer Liqada 30-cu qolunu vurub. Azerisport.az xəbər verir ki, “Bakı” ilə 6-cı turun oyununda (7:0) dubla imza atan cənubi amerikalı əvvəl 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb.

Nildo Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.

Cənubi amerikalı 30-u 3-cü mövsümündə, 3-cü klubu ilə arxada qoyub. 2012/13 mövsümündə AZAL-da 21, 2013/14 mövsümündə “Xəzər Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini yaxşılaşdırıb. O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol sevinci yaşayan 22-ci legionerdir. Bu göstəricidə rekord 5 klubda fərqlənən Anatoli Doroşla Tagim Novruzova məxsusdur. Ümumilikdə isə hamıdan çox – 10 komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.