22 sentyabr 2014 11:50

Bakıdan antirekord, İnter Xəzər Universitetinə çata bilmədi

Topaz Premyer Liqasının 6-cı turunun “İnter” - “Bakı” oyunu hər iki klubun tarixinə düşüb. Azerisport.az xəbər verir ki, “İnter Arena” stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyükhesablı qalibiyyətdi.

Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə - hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi. 11 il əvvəl 2003-cü il iyulun 5-də bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi. “İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.

6-cı turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdi. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.