22 sentyabr 2014 11:20

Muarem Muarem: Biz 200 azarkeş qarşısında da oynamağa hazır olmalıyıq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Simurq"la oyunda çətinliklə də olsa, qələbə qazandız. Oyunu necə şərh edərdiz?
- Oyun həqiqətən çox çətin alındı. Buna öncədən də şübhə etmirdik. Amma qələbə qazanmağa borclu olduğumuzu başa düşürdük. Biz istər Avropa Liqasında, istərsə də Premyer Liqada hər bir oyunda qələbə qazanmağa borcluyuq. "Simurq"la oyunlarımız həmişə çətin keçir. Ötən mövsüm çempion olsaq da, "Simurq"a nə qalib gəlmişdik, nə də qol vurmuşduq. Son oyunda hətta uduzmuşduq. Düzdü, revanş almaq barədə düşünmürdük. Sadəcə, qələbə qazanmaq istəyimiz vardı. Öz istəyimizə nail olduq, bu klubla oyunlardakı uğursuz gedişata son qoyduq. Çünki turnir cədvəlində irəliləməyimiz də vacibdi.

- "Sent-Etyen"lə oyundan sonra "Simurq"la oyunda yorğunluq olacağı gözlənilirdi...
- Yaxşı komandamızda çoxlu futbolçu var. Qurban Qurbanov öz işini bilir. O, "Simurq"la oyunda ehtiyat qüvvəni buraxdı. Baş məşqçi kimə şans verirsə, o da oynayır. "Qarabağ"ın futbolçuları hər bir oyunda oynamağa hazırdı. Məsələn, mən fransızlara qarşı da oynadım, "Simurq"a qarşı da.

- Problem olmadı?
- Fiziki cəhətdən bir qədər problemlidi. Çünki oyun çox sürətli alındı. Xüsusilə də ikinci yarı.

- "Sent-Etyen"lə oyunda 30 min azarkeş olduğu halda, çempionat görüşündə cəmi 200 azarkeş vardı. Bu, sizi üzmür?
- Biz peşəkar futbolçularıq. Hətta az azarkeş də gəlsə, çıxıb oyunumuzu göstərməliyik. Biz belə olan halda nə edə bilərik ki?

- Bu, futbolçulara təsir etmir?
- Əlbəttə, təsir edir. Amma bu, normal haldı. Düzünü deyim ki, buna artıq alışmışıq.

- "Qarabağ" çempionatda bir, Avroliqada digər heyətlə mübarizə aparır. Bu, komanda üçün problem yaratmır?
- "Simurq"a qarşı 8 yerli futbolçu meydana çıxmışdı. Xüsusi bir problem yox idi. Şadam ki, yerli futbolçular kifayət qədər güclüdülər.

- Son iki oyunda qol vurmaq üçün əla şanslar olsa da, yararlana bilmədiz...
- Oyuna daha yaxşı kökləmək lazımdı. Qol epizodları zamanı fəal olmaq lazımdı. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı oynayacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.