21 sentyabr 2014 22:30
Arif Əsədov: Görüş Neftçinin üstünlüyü şəraitində keçdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım. Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.
