20 sentyabr 2014 00:45

Aslan Kərimov: İstərdim ki, Qarabağın Rəşad və Reynaldo kimi daha 2-3 oyunçusu olsun

Azərbaycan yığmasının məşqçisi Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın "Sent-Etyen"lə oyunu barədə nə deyə bilərsiz?
- Kifayət qədər baxımlı oyun oldu. Komandamızın meydanda dominantlıq etdiyini demək olar. Rəqib müdafiə olunmağı yaxşı bacarırdı. Buna baxmayaraq, "Qarabağ" boşluqlar tapa bilirdi. Sadəcə, ələ düşən qol vəziyyətlərindən yararlana bilmədilər.

- Sizcə, buna səbəb nə idi?
- İki epizodda Muaremə qol vurmaq üçün ustalıq çatışmadı. Reynaldoda son zərbə problemi özünü göstərdi. Ağdamlılar bu oyunda qol vura bilərdilər. Oyun şəkli tam olaraq Avropa standartlarına uyğun idi. Fransa kimi ölkənin aparıcı klubuna qarşı oynaya bilməyimiz sevindirməyə bilməz. Qalib gələ bilərdik, amma heç-heçə də pis nəticə deyil.

- Sizə elə gəlmir ki, fransızlar bu oyuna tam heyətlə gəlmədiyi üçün sadəcə, heç-heçəyə oynadılar?
- Ola bilər bu amil sözünü dedi. Amma bu, Avroliqanın qrup mərhələsinin oyunu idi. Ona görə də rəqibin heyətini müzakirə etməyə dəyməz. Düşünmürəm ki, onlar bu oyuna zəif heyətlə çıxmışdılar.

- Sizin dövrünüzdə belə oyunu, nəticəni ancaq arzulamaq olardı...
- O zaman hər şey fərqli idi. Futbol inkişaf edir. İndiki "Qarabağ"ı mənim dövrümdəki komanda ilə müqayisə etməyə dəyməz.

- Qurban Qurbanov etiraf edir ki, Rəşad Sadıqovun oyununda eniş var...
- Rəşad özü də bunu başa düşür. Biz bir neçə aydı zədədən əziyyət çəkən futbolçudan danışırıq. O, birdən-birə əvvəlki səviyyədə oynaya bilməz. Amma istənilən halda onun liderlik keyfiyyətlərinin komandaya faydası çoxdu. Düzdü, səhvləri oldu, fiziki cəhətdən tam hazır deyil. Buna rəğmən, meydanda olmasına ehtiyac var idi.

- Çumbinyo bu oyunda sıradan çıxdı. Sizə elə gəlmir ki, ehtiyat qüvvənin yetərli olmaması komandamıza problem yarada bilər?
- Əlbəttə, çox istərdik ki, "Qarabağ"ın Sadıqov və Reynaldo kimi daha bir neçə futbolçusu olsun. O zaman nəticələr daha yaxşı olardı. Amma indiki durumda komandamızın bundan əziyyət çəkməsi mümkündü.

- İlk oyuna əsasən ağdamlıların qrupdan çıxmaq şansı var?
- Oyundan öncə mən pessimist fikirdə idim. Amma indi düşünürəm ki, niyə də olmasın?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.