19 sentyabr 2014 19:30

FİFA-nın həftəlik nəşri Neftçidən yazdı

FİFA-nın həftəlik nəşri olan “The Weekly” jurnalının 19 sentyabr tarixli nömrəsində “Neftçi” PFK-ya yer ayrılıb. Azerisport.az xəbər verir ki, məqalə müəllifi Sven Goldmanın yazısında “Neftçi” PFK-nın son illərdə qazandığı nailiyyətlərdən bəhs edib.

İki il əvvəl “Neftçi” nin Avropa Liqasında oynadığını vurğulayan müəllif  İtaliyanın “İnter” klubu ilə səfər oyununda qeydə alınmış 2-2 hesablı nəticəni də xatırlayıb. SSRİ dövründə “Neftçi”nin Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlərin təmsilçiləri ilə başa-baş mübarizə apararaq, 1966-cı ildə çempionatın bürünc medalları qazanması yazıda qeyd olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə çempionatının məhz “Neftçi”nin hegemonluğu ilə keçdiyini qabardan nəşr son mövsümdə “Qarabağ” klubunun çempion olduğunu yazıb. Ağdam rayonunun erməni işğalçıları tərəfindən zəbt edilməsindən sonra “Qarabağ” klubunun məcburi olaraq Bakıda məskunlaşdığını vurğulayan müəllif buna baxmayaraq, paytaxtın bir nömrəli klubunun “Neftçi” olduğunu önə çıxarıb. Ötən mövsüm qeydə alınan sürpriz nəticəyə rəğmən “Neftçi”nin bu il növbəti çempionluğa doğru irəlilədiyi yazıda əksini tapıb.

Sonda isə müəllif Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilmiş oyunda “Xəzər Lənkəran” üzərində qazanılmış qələbədən yazaraq oyuna geniş şərh verib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.